Dollar bahalaşsa da qlobal olaraq təzyiqlər qalmaqdadır

05 Fevral 2019

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərin bahalaşmasına baxmayaraq, yenidən ucuzlaşa biləcəyi proqnozları gündəmdədir.

Dollar bahalaşsa da qlobal olaraq təzyiqlər qalmaqdadır

Dünya valyuta birjalarında son günlər Amerika iqtisadiyyatına dair açıqlanan fundamental məlumatların, dolların aparıcı valyutalarına nisbətən qiymətlərinə dəstək olması investorların diqqət mərkəzindədir.


Lakin təhlillərə əsasən, qiymətlər keçən həftənin maksimum səviyyəsi altında qaldıqca, yenidən ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00, 13:30 və 19:00-da müvafiq olaraq açıqlanacaq Avrozona, Böyük Britaniya və ABŞ-ın xidmət sektorları ilə bağlı önəmli fundamental məlumatların da birjalarda ticarət aktivliyinin artmasına təsir edə biləcəyi gözlənilir.