Dollar bahalaşsa da ümumi tendensiya təzyiq altındadır

01 Fevral 2019

Açıqlanan son məlumatlar dünya birjalarında dolların bahalaşmasına təsir etsə də qlobal proqnozlar qiymətin daha da ucuzlaşa biləcəyi istiqamətindədir.

Dollar bahalaşsa da ümumi tendensiya təzyiq altındadır

Foreks bazarlarında dollar 0.5%-lik bahalaşdı

Dünya valyuta birjalarında Amerikanın ilkin mənzil bazarında satış dövriyyəsi ilə bağlı fundamental məlumatların müsbət açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri 0.5%-lik bahalaşdı.

Almaniya və Avrozonadan isə fundamental məlumatların mənfi açıqlanması, dollara olan tələbin də qısa müddət ərzində artmasına səbəb olub.

ABŞ ilə Çin prezidentlərinin planlaşdırılan görüşü də diqqət mərkəzindədir və son hadisələr iki ölkə arasında yaranmış ticarət böhranı fonunda gözləntiləri artırıb.

FED-in son açıqlamaları ümumi tendensiyanı təzyiq altında saxlayır

Bütün bunlar qısa müddətli tendensiyalardır və qlobal olaraq FED-in son açıqlamaları dolların qiymətlərinə təzyiqləri saxlamaqdadır. Texniki olaraq isə dolların aparıcı valyutalara nisbətən qiymətləri cari həftənin maksimum səviyyəsi altında qaldıqca, növbəti eniş dalğasına başlaya biləcəyi proqnozları güclü olaraq qalır.

ABŞ-dan əmək bazarı ilə bağlı önəmli fundamental göstəricilər açıqlanacaq

Bununl yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.