Dollar indeksi 0.6% bahalaşdı

21 Noyabr 2017

Maliyyə bazarlarında bundan sonra dollar indeksinin əlavə olaraq 1.5%-ə kimi də bahalaşa biləcəyi proqnozları güclənib.

Dollar indeksi 0.6% bahalaşdı

Dünya valyuta birjalarında avro, funt sterlinq və Türk lirəsi kimi aparıcı valyutaların dollara nisbətən qiymətləri Amerika sessiyasında təqribən 0.6% ucuzlaşıb və əlavə olaraq 1.5%-ə kimi də ucuzlaşa biləcəkləri proqnozlaşdırılır. 

Beləliklə, 1.17$-a ticarət edilən EUR/USD məzənnəsi 1.15$, USD/TRY məzənnəsi isə 3.94TL-ə kimi bahalaşdıqdan sonra artım dalğası 4.00TL-ə kimi də sürətlənə bilər.

Brent nefti yenidən 64$-a kimi dəyər qazana bilər. 

Enerji bazarlarında isə Avropanın Brent neftinin bir barel qiyməti 62$-ın üzərində ticarət edilməkdədir və maliyyə bazarlarında qiymətin yenidən 64$-a kimi bahalaşa biləcəyi proqnozları aktual olaraq qalır.