Dollar indeksi keçən həftənin maksimumunu qıra bilər

01 Avqust 2018

Amerika ilə bağlı müsbət açıqlanan fundamental göstəricilər foreks bazarlarında dollara olan tələbin artmasına təsir edir və daha da bahalaşa bilər.

Dollar indeksi keçən həftənin maksimumunu qıra bilər

Dünya valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri Amerikada istehlak bazarı ilə bağlı açıqlanan müsbət məlumatlardan sonra dolların bahalaşması fonunda 0.6%-ə kimi ucuzlaşıb. Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi 4.93TL-yə kimi bahalaşıb.


Təhlillərə əsasən, son iki ayın maksimum və minimum səviyyələri aralığında ticarət edilən dolların aparıcı valyutalara nisbətən orta qiyməti, keçən həftənin maksimum səviyyəsini də qırarsa, əlavə olaraq 0.5%-ə kimi də bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00, 12:30 və 18:00-da müvafiq olaraq yayımlanacaq Avropa, İngiltərə və ABŞ-ın sənaye sektorlarında biznes aktivliyini ölçən indeks də investorlar tərəfindən böyük maraqla gözlənilir. 


Saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının faiz qərarında dəyişiklik gözlənilməsə də diqqət mərkəzində saxlanılmalıdır.