Dollar indeksi minimumları yeniləmək üzrə

28 Dekabr 2018

ABŞ iqtisadiyyatında risklərin artması, FED-in əlavə faiz artımı ehtimallarını da azaldır. Dollar indeksi əlavə olaraq 0.6%-də ucuzlaşa bilər.

Dollar indeksi minimumları yeniləmək üzrə

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma davam edir. Təhlillərə əsasən, dollar indeksi keçən həftənin minimum səviyyəsini də qırarsa, 0.6% də ucuzlaşa bilər.


Dolların ucuzlaşmasına səbəb Amerika iqtisadiyyatı fonunda risklərin aktuallığıdır. Son 2 ay ərzində Amerikanın “S&P” və “Dou Cons” indekslərinin ucuzlaşaraq, son 19 ayın minimum səviyyələrini yeniləmələri, Amerika iqtisadiyyatında risklərin artmasına işarədir. Bu, Amerika Mərkəzi Bankının (FED) gələn il üzrə faiz artımı ehtimallarını da azaldır və dünya birjalarında dollar ucuzlaşır.


Brent neftində 58$-a kimi bahalaşa bilər. 

Dolların qiymətlərində ucuzlaşma, enerji bazarlarında Brent neftinin də dəyər qazanmasına təsir edib. 54$-a təklif edilən Avropanın Brent markalı neftinin bir barel qiyməti 55$-ı da yuxarı istiqamətdə qırarsa, 58$-a kimi də dəyər qazana bilər.