Dollar, Lirədə ucuzlaşma, Avroda bahalaşma proqnozları

01 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların bahalaşmasına baxmayaraq, təzyiqlər qalmaqda, Türkiyə iqtisadiyyatına dair spesifik risklər də diqqət mərkəzində.

Dollar, Lirədə ucuzlaşma, Avroda bahalaşma proqnozları

Foreks: Dolların bahalaşması korrektiv qiymətləndirilir. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində 0.5%-lik bahalaşma müşahidə edilib. Lakin uzun müddətli perspektivdə dolların yenidən ucuzlaşmağa başlaya biləcəyi proqnozları güclü olaraq qalır.


Avro yenidən bahalaşa, Lirə ucuzlaşmaqda davam edə bilər. 

EUR/USD məzənnəsi də ucuzlaşaraq, 1.14$-ın altında ticarət edilsə də yenidən 1.14$-i yuxarı istiqamətdə qırarsa, 1.15$-a kimi bahalaşa bilər. Türkiyə birjalarında da USD/TRY məzənnəsi 5.34TL-yə kimi bahalaşıb. Lakin lirənin 5.39TL-yə kimi ucuzlaşmaqda davam edə biləcəyi proqnozlaşdırılır.


Avrozona və ABŞ-ın istehsal sektorları diqqət mərkəzində. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00 və 19:00-da müvafiq olaraq açıqlanacaq Avrozona və ABŞ-ın istehsal sektorlarında biznes aktivliyi indeksləri də investorların diqqət mərkəzindədir.