17.03.2020 Dollar, Qızıl və Gümüşdə imkanlar

17.03.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

17.03.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



İngiltərə, Avrozona və ABŞ-dan önəmli göstəricilər açıqlanacaq. 

Beynəlxalq valyuta birjalarında bu gün İngiltərə, Avrozona və ABŞ-dan önəmli fundamental məlumatların açıqlanması gözlənilir. 

Belə ki, Bakı vaxtı ilə saat 13:30-da İngiltərənin əmək bazarı, saat 14:00-da Avrozonada iqtisadi gözləntiləri ölçən indeks və saat 17:15-də ABŞ-da sənaye istehsalı göstəriciləri açıqlanacaqdır. 


Foreks birjalarında dollar, əlvan metallar bazarlarında qızıl və gümüş. 

Təhlillər isə qlobal siyasi və iqtisadi risklərin artdığı bir şəraitdə foreks bazarlarında dollar, əlvan metallar birjalarında isə qızıla olan tələbin artacağını proqnozlaşdırmağa əsas verir. 

Gümüşün qiymətində də bahalaşma müşahidə edilir və 13$-ın qırılması ilə 16$-a kimi dəyər qazana bilər.