Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının toplantı protokolunun yayımlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altındadır.
EUR 1.18$-a kimi də bahalaşa bilər.
EUR/USD məzənnəsi 1.1750$-ı yenidən yuxarı istiqamətdə qırarsa, 1.1797$-a kimi də bahalaşa bilər.
Funt üzrə növbəti hədəf 1.35$.
GBP/USD məzənnəsi isə 1.3424$-ı yuxarı istiqamətdə qırarsa, 1.3461 və 1.3478$-a kimi bahalaşa bilər.
Qızılın qiymətində 2%-lik bahalaşma.
Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti bu həftə 2% dəyər qazanıb və qiymət 1307$-ı da yuxarı istiqamətdə qırarsa, 1314$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, dünyada siyasi risklərin artması, qızıla olan tələbin daha da artmasına səbəb ola bilər.