Dollar və ABŞ - Şimali Koreya liderlərinin görüşü

08 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında fevral ayının sonunda planlaşdırılan Amerika ilə Şimali Koreya liderlərinin görüşü dolların təhlili üçün önəmlidir.

Dollar və ABŞ - Şimali Koreya liderlərinin görüşü

Dünya birjalarında dolların son zamanlar bahalaşmasına təkan verən amillər arasında, ABŞ prezidenti Donald Trampın Şimali Koreya prezidenti Kim Çen İnlə fevral ayının sonunda Vyetnamda görüşəcəyini bildirməsi idi. 


Bu baxımından dolların qiymətində müşahidə edilən dalğalanmanın, bundan sonra necə davam edəcəyi təhlilləri üçün fevral ayının sonunu gözləmək də önəmli olacaqdır. 


Bu gün Amerika sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətlərində cümə axşamının tendensiyasının növbəti mərhələsinin şahidi oluruq. Dolların aparıcı valyutalara nisbətən orta qiyməti, artıq 0.3% ucuzlaşıb və cümə axşamının dəstək səviyyəsini qırarsa, 0.2% də ucuzlaşa bilər. 


Qeyd etmək lazımdır ki, cümə axşamı Avrozona iqtisadiyyatında iqtisadi inkişaf dinamikasının zəifləyə biləcəyinə dair AB komissiyasının hesabatı və Ağ ev tərəfindən ABŞ ilə Çin arasında hökm sürən ticarət böhranın həll ediləcəyi ümidlərini azaldan açıqlamaların verilməsi, cümə axşamı Amerika fond bazarları ilə yanaşı, dolların da ucuzlaşmasına səbəb olmuşdu.