11.01.2019 Dollar və Avronun gələcək taleyi

11.01.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

11.01.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Dollar və Avronun gələcək taleyi. 

Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının açıqlamalarından sonra EUR/USD 0.7% azalıb. Bununla yanaşı, Amerika Mərkəzi Bank sədrinin çıxışları da dolların qiymətində dalğalanmalara səbəb olmaqdadır. Təhlilllər onu göstərir ki, avronun qiyməti 1.1540$-ın üzərində möhkəmlənərsə, 1.1620$-a kimi də bahalaşa biləcəyi proqnozları aktualdır.


Qızılda bahalaşma. 

Əlvan metallar bazarlarında da qızılın qiymətində növbəti bahalaşma dalğası proqnozları güclü olaraq qalır. Beləliklə, qızılın bir unsiya üzrə qiyməti 1298$-ı yuxarı istiqamətdə qırarsa, 1326$-a kimi də dəyər qazana bilər.

Bu gün Bakı vaxtı ilə saat 17:30-da yayımlanacaq Amerikanın inflyasiyasına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.