09.10.2019 Dollar və neft diqqət mərkəzində

09.10.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

09.10.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



FED büdcə balansını artırmaq istəyir. 

Amerika Mərkəzi Bank (FED) sədrinin büdcə balansını yenidən genişləndirə biləcəyini açıqlaması dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.4% bahalaşmasına səbəb olub. 

Bununla yanaşı, cümə axşamı başlayacaq Amerika ilə Çin arasında ticarət böhranı danışıqları fonunda da mövcud risklər də ticarət aktivliyinə mənfi təsir etməkdədir. 

Beləliklə, Asiya sessiyasının minimum səviyyələrində ticarət edilən dolların qiymətləri, Amerika sessiyasının maksmimumunu yenidən qırarsa, bahalaşma daha da güclənə bilər. 


Neft qiymətlərinə dəstək olacaq amillər yaranıb. 

Treyderlərin diqqət mərkəzində olan digər maliyyə aləti neft fyuçersləridir. Amerikanın neft ehtiyatlarında və boru qurğularında azalma proqnozları, qiymətlərə də dəstək olmaqdadır. 

Bu baxımından bu gün Bakı vaxtı ilə saat 18:30-da Amerikadan dərc ediləcək neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar böyük maraqla gözlənilməkdədir. Məlumatlar öncəsi isə Avropanın Brent nefti 57$ üzərində ticarət edilir və bir barel üzrə qiymət bu səviyyənin üzərində qaldıqca, 62$-a kimi davam edə biləcək artım dalğası proqnozlaşdırılır.