03.07.2019 Dollar və neft qiymətləri diqqət mərkəzində

03.07.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

03.07.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Foreksdə dolların bahalaşması proqnozları. 

Beynəlxalq valyuta birjalarında Avropa Birliyi və İngiltərədə siyasi və iqtisadi risklərin mövcudluğu, dollara olan tələbi yenidən artırır. 

Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən qiymətləri əlavə olaraq, 0.5%-ə kimi də bahalaşa bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00, 12:30 və 18:00-da müvafiq olaraq Avrozona, İngiltərə və ABŞ-dan açıqlanacaq xidmət sektorunda biznes aktivliyi ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. 


Neftə olan tələbin azalması və qiymətlərin ucuzlaşması.

Qlobal siyasi və iqtisadi risklərin artması, enerji birjalarında neftə olan tələbin də azalmasına təsir etməkdədir. Brent nefti son günlər 63$-a kimi 6% ucuzlaşıb. 

Bu baxımından saat 18:30-da yayımlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli statistik göstəricilərin də neft qiymətlərinə güclü təsir edə biləcəyi gözlənilir.