Dollar və qızıla tələb artır

14 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında qızıl və dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması treyderlərin diqqət mərkəzində.

Dollar və qızıla tələb artır

Qlobal siyasi və iqtisadi risklərin artması, avro kimi aparıcı valyutaların ucuzlaşmasına, dollar və qızıla olan tələbin artmasına təsir etməkdədir.


Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən orta qiyməti cümə axşamının maksimum səviyyəsi üzərində qaldıqca, əlavə olaraq 0.5% də bahalaşa bilər.


Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1346$-a ticarət edilir və 1356 və 1366$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır.