Dollarda ucuzlaşma Amerika sessiyasında sürətlənib

19 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində ucuzlaşma dinamikası Amerika sessiyasında ikinci mərhələsinə başlayıb.

Dollarda ucuzlaşma Amerika sessiyasında sürətlənib

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri Amerika sessiyasının açılması ilə eniş dalğasını bərpa edib.


Günün və bazar ertəsinin dəstək səviyyələrinin aşağı istiqamətdə qırılması ilə foreks bazarlarında dollarda ucuzlaşma əlavə olaraq 0.4% də davam edə bilər. Maliyyə bazarlarında dolların 1%-ə kimi də ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. 


Keçən həftə Amerika iqtisadiyyatı ilə bağlı fundamental məlumatların mənfi açıqlanmasından sonra dolların qiymətlərində bahalaşma dinamikası zəifləmiş, bu həftə isə ucuzlaşmağa başlamışdır. 


Pərakəndə satış dövriyyəsi dekabr ayında və sənaye istehsalı yanvar ayında proqnozlaşdırıldığından daha çox azalmışdır. Göstəricilərin proqnozlardan daha sürətlə azalması, iqtisadi risklərin gözləniləndən daha çox olmasına işarədir. 


Bununıa yanaşı, ABŞ ilə Çin arasında bugündən etibarən Vaşinqtonda başlayan növbəti görüş fonunda veriləcək növbəti bəyanatlar da diqqət mərkəzindədir. İki ölkə arasında davam edən ticarət böhranı, dünya iqtisadiyyatında investisiyaların və inkişaf dinamikasının zəifləməsinə təsir edib.