Dolların ucuzlaşması: Avro və Funtda bahalaşma

08 Yanvar 2019

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bu həftə üzrə proqnozlaşdırılan tendensiya artıq sürətlənməyə başlayıb.

Dolların ucuzlaşması: Avro və Funtda bahalaşma

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Bu tendensiya bazar ertəsi ABŞ-ın xidmət sektoru ilə bağlı dərc edilən statistik göstəricilər fonunda daha da sürətlənib. 


ABŞ-ın bazar təchizatının araşdırılması institutunun (ing.: "İnstitute for Supply Management", "ISM") dekabr ayı üzrə yayımladığı fundamental göstəricilərdə, xidmət sektorunda işgüzar aktivliyi ölçən indeksin 60.7 punktdan 57.6 punkta kimi azalması göstərilib. Bu isə 2018-ci ilin avqust ayından etibarən ən aşağı göstəricidir. Mütəxəssislər isə yalnız 59.6 punkta kimi azalma proqnozlaşdırırdılar. 


Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.14$-a ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, 1.16$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. GBP/USD məzənnəsi də bahalaşmaqdadır. Funt 1.28$-ı da yuxarı istiqamətdə qırarsa, bahalaşma burada da 1.29$-a kimi davam edə bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:00-da müvafiq olaraq açıqlanacaq Amerikanın xarici ticarəti və əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.