Dolların ucuzlaşması: Avro və neftdə bahalaşma

09 Yanvar 2019

Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində proqnozlaşdırılan tendensiyanın aktuallığı investorların diqqət mərkəzindədir.

Dolların ucuzlaşması: Avro və neftdə bahalaşma

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir və 1%-ə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. EUR/USD məzənnəsinin də 1.14$-ın üzərində qaldıqca, 1.16$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


Amerikanın iqtisadiyyatında son aylar müşahidə edilən durğunluğun daha da dərinləşə biləcəyi gözləntilərinin aktuallığı, Amerika Mərkəzi Bankının (FED) 3%-ə kimi faiz artımı ehtimallarını da azaldır. Bu, dolların qiymətlərinə təzyiq edən əsas amildir. 


Enerji bazarlarında da Avropanın Brent markalı nefti dəyər qazanmaqdadır. Son iki həftə ərzində 19% bahalaşan bir barel üzrə qiymət, 59$-ın üzərində qaldıqca, 62$-a kimi də dəyər qazana bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da açıqlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.