Donald Tramp ilə Si Tsinpin görüşü apreldə ola bilər

14 Mart 2019

Beynəlxalq birjalarda dünyada siyasi və iqtisadi risklərin azalması baxımından ABŞ-Çin münasibətlərinin qaydaya qoyulması xəbərləri diqqət mərkəzində.

Donald Tramp ilə Si Tsinpin görüşü apreldə ola bilər

ABŞ ilə Çin arasında ticarət böhranının həll olunması istiqamətində iki ölkə liderləri arasında zirvə toplantısı gözlənilmir. Ehtimallara əsasən, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Tsinpin arasında görüş ən tezi april ayında baş tuta bilər, deyə blumberq (ing.: "Bloomberg") xəbər yayıb. 


Qeyd etmək lazımdır ki, sonuncu dəfə iki ölkə nümayəndələri problemin həll olunmasında irəliləyişin əldə olunmasından danışıblar. İqtisadi məsələlər üzrə müşavir Lerri Kudlov həftə sonu açıqlamasında aprel ayına kimi razılığın əldə edilə biləcəyindən danışmışdı. Müşavirin fikrincə, çinli nümayəndələrin Vaşinqtonda baş tutan görüşdə iştirakları zaman ciddi nəticələr əldə olunub və bundan sonra iki tərəf sıx əlaqədədir.