Donald Trampın mətbuat konfransı gözlənilir

11 Yanvar 2017

Dünya valyuta birjalarında Amerikanın gələcək prezidenti Donald Trampın mətbuat konfransında çıxışı öncəsi zəif hərəkətlilik müşahidə edilir.

Donald Trampın mətbuat konfransı gözlənilir

Son günlər Avrozona iqtisadiyyatı ilə bağlı müsbət göstəricilərin açıqlanmasına və neft qiymətlərinin bahalaşmasına baxmayaraq, Amerikanın gələcək prezidentinin iqtisadi siyasəti ilə bağlı maliyyə bazarlarında müşahidə edilən qeyri-müəyyənlik ticarət aktivliyinin azalmasına səbəb olub. Bu gün Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq Donald Trampın mətbuat konfransında investorların suallarına aydınlığın gətiriləcəyi gözlənilir. Böyük Britaniyadan da önəmli iqtisadi məlumatlar açıqlanacaq.

EUR/USD məzənnəsi hələ də 1.05-1.06$, GBP/USD məzənnəsi isə 1.21-1.22$ aralığında ticarət olunur. Lakin qiymət qrafiklərində üfüqi dalğalanma müşahidə edilsə də, avro/dollar cütlüyü qiymətinin yenidən 1.03 və 1.01$-a kimi ucuzlaşa, gbp/usd məzənnəsinin isə 1.26$-a kimi bahalaşa biləcəyi proqnozları öz aktuallığını qorumaqdadır.

Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyanın istehsal sektoru ilə bağlı önəmli statistik məlumatlar açıqlanacaq.