Draqi: "Avroda bahalaşma risklidir"

14 Mart 2018

AMB sədri Mario Draqi avronun qiymətində müşahidə edilən bahalaşmanın inflyasiyada artımın qarşısını aldığını bildirib - avro ucuzlaşır.

Draqi: "Avroda bahalaşma risklidir"

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqi valyuta birjalarında müşahidə olunan dalğalanmanın risk formalaşdırdığını bildirib. 


Almaniyanın Frankfurt şəhərində çıxış edən Draqi, inflyasiyanın aşağı olduğunu düşünür və bunun üçün pul siyasətində səbrli və israrlı olmağın tərəfdarıdır. Eyni zamanda, sədr avronun qiymətində müşahidə edilən bahalaşmanın da inflyasiyaya yük olduğunu əlavə edib. 


Pul kütləsinin genişləndirilməsini dayandırmaq üçün inflyasiya artmalıdır, lakin pul kredit siyasəti qərarları da əvvəlcədən gözlənilən səviyyədə olacaqdır. 


ABŞ-ın ticarət siyasətinin də genişlənməsi riskinin olduğuna da AMB sədri toxunub. 


Çıxışdan sonra beynəlxalq bazarlarda avronun qiyməti 1.2370$-a kimi ucuzlaşmağa başlayıb.