Draqi: Avrozonada inflyasiya AMB hədəfinə çatır

09 İyul 2018

AMB sədri Mario Draqi AB Parlamentində çıxışı zamanı, inflyasiya hədəflərinə doğru inkişaf etdikləri fonunda artıq əmin olduqlarını bildirib.

Draqi: Avrozonada inflyasiya AMB hədəfinə çatır

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqi bazar ertəsi Avropa Birliyi (AB Parlamentində çıxışı zamanı hədəflərinə çatmaq mövzusunda artıq əmin olduqlarını açıqlayıb. Cari ilin ilk rübündə iqtisadi inkişaf qismən zəifləsə də iqtisadi əsaslar dayanıqlı səviyyədədir. 


İstehlak qiymətləri iyun ayında illik müqayisədə 2.0% artmışdır. AMB  isə 2.0%-a yaxın inflyasiya hədəfləyir. Keçən il bu səviyyəyə çata bilmədiyi üçün bank Avrozonada yumşaq monetar siyasətinə davam edib və beləliklə, inflyasiyanın artmasına nail olmağa çalışıb. 2.0%-lik inflyasiya isə iqtisadiyyatın dayanıqlı inkişafı üçün məsləhət olunan səviyyədir.


Bununla yanaşı, Draqi deputatlar qarşısında AB-də ümumi əmanətlərin siğortalanması proqramını (Edis) yenidən müdafiə edib. Bu proqram ilə böhran illərində banklar üzərində təzyiqin azaldılması planlaşıdırılır. Almaniyada isə bu proqram tənqid edilir, çünki Avropanın cənub ölkələrində problemli kreditlərin həcmi çox böyükdür.