Draqi: "Bitcoin" risklidir, EUR bahalaşması yaxşı deyil

06 Fevral 2018

Mario Draqi bazar ertəsi Avropa Birliyi parlamentində çıxışı zamanı rəqəmsal valyuta və avronun qiyməti ilə bağlı danışıb.

Draqi: "Bitcoin" risklidir, EUR bahalaşması yaxşı deyil

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqi bazar ertəsi Strasburqda AB parlamentində çıxışı zamanı kripto valyutaların riskli maliyyə aləti olması xəbərdarlığını edib. Bununla yanaşı, sədr bankın rəqəmsal valyutaların risklərini yaxından araşdırdıqlarını və Avrozonada bankların da "Bitcoin" saxlamadığını əlavə edib. 


Beynəlxalq valyuta birjalarında son bir ay ərzində yenidən bahalaşan avronun qiyməti fonunda da Draqi narahatlığını bildirib: "Avronun bahalaşması siyasətimiz fonunda qiymət dayanıqlığı istiqamətində yeni maneələr yarada bilər". Lakin AMB-nin son zamanlar inflyasiya hədəflərinə çatacaqları əminliyi artsa da, uğur haqqında danışmağın tez olduğunu da əlavə edirlər.  


Mario Draqi parlamentdə monetar siyasətləri haqqında danışarkən Avrozonada iqtisadi inkişafın gücləndiyini və inkişaf dayanıqlığının gücləndiyini bildirib. Sektorların 85%-ində - əvvəl bu göstərici 47% idi, əmək bazarında məşğulların sayında və bankların vəziyyətində də kifayət qədər artım müşahidə edilməkdədir. Amma kredit dövriyyəsində artım zəifdir - maliyyə böhranı dövrləri səviyyəsinin çox altındadır: "Bu səbəblə kredit bumundan danışmaq düzgün deyil", deyə AMB sədri deyib. İnflyasiyanın iki faizlik hədəfə çatacağı mövzusunda isə o, əminlik göstərib. 


"BREKSİT" (ing.: "BREXIT") prosesinə də toxunan, Mario Draqi AMB-nin keçid dövrünün mənfi təsirləri fonunda da hazırlaşdıqlarını bildirib. 


"Bitcoin"-nin qiyməti artıq 23% ucuzlaşaraq, 6250 dollara çatıb. EUR/USD məzənnəsi isə 1.2354$-a kimi dəyər itirib.