Draqi: Bu yavaşlama ya müvəqqətidir, ya da başlanğıc

26 Aprel 2018

AMB sədri Mario Draqi iqtisadi inkişafın sağlam olması ilə yanaşı, böyük həcmdə təşviqə də ehtiyac və ehtiyatlı davranmalı olduğunu deyir.

Draqi: Bu yavaşlama ya müvəqqətidir, ya da başlanğıc

Avropa Mərkəzi Bankı (AMB) xarici ticarət münasibətlərinin gərginləşməsi fonunda yumşaq monetar siyasətinə davam etməkdədir və siyasətin normallaşması istiqamətində yeni siqnal verməyib. Sonuncu dəfə AMB iqtisadi vəziyyətin gələcəkdə pisləşə biləcəyinə baxmayaraq, istiqraz alışı proqramının genişləndirilə biləcəyi fikirlərindən imtina etmişdir. Bu, maliyyə bazarlarında monetar siyasətin normallaşması istiqamətində ilk addım kimi qiymətləndirilmişdi. 


Beləliklə, AMB uçot faiz dərəcəsini 0.0%, depozit faizini isə mənfi 0.4% səviyyəsində saxlayıb. Bununla yanaşı, istiqraz alışı proqramının (ing.: "QE") aylıq həcmi 30 milyard avro səviyyəsində (yanvar ayından etibarən azaldılıb) saxlanılıb və sentyabr ayına kimi davam etdirilməsi planlaşdırılır. Bundan əvvəl isə bu müddətin hər an uzadıla biləcəyi ifadə edilirdi (2016-ci ildən). 


Faiz qərarından sonra Bakı vaxtı ilə saat 16:30-da AMB sədri Mario Draqi toplantı nəticələri ilə bağlı mətbuat konfransı keçirib:


 - İqtisadi inkişaf sağlam və geniş ölçüdədir;


 - AMB valyuta dalğalanmalarını izləməyə davam edəcək;


 - Göstəricilər inkişafın mülayimləşməsinə işarə edir;


 - Geniş həcmdə təşviqə ehtiyac var;


 - Artan məşğulluq şəxsi istehlakı dəstəkləyir;


 - AMB-nin maliyyə tədbirləri daxili tələbin artmasına təsir edir; 


 - Risklərin daha çox hissəsi qlobal amillərlə əlaqədardır;


 - İnflyasiyanın ilin qalan hissəsində 1.5% səviyyəsində olacağı gözlənilir;


 - Proteksionizm riskləri mövcuddur və rüsumların həqiqətən artırılması fonunda hansı addımların atılacağı bilinmir. Qərarlar Avropaya qarşı da reallaşarsa, bu, iqtisadi gözləntilərə də mənfi təsir edə bilər;


 - Gömrük müzakirələri güvən üzərində sürətli təsirə malikdir;


 - İnkişaf gözləntilərinə təsir edə biləcək risklər nəzarət altındadır; 


 - İnfrastruktur islahatları genişləndirilməli;


 - Güclü inkişafdan sonra iqtisadiyyatda yavaşlama normaldır və keçici amillərlə əlaqədardır. İqtisadi gözləntilər hələ də tarixi orta səviyyələrin üzərindədir. Lakin bu, yenə də nəzarətdə saxlanılmalı və ehtiyatlı olmalıyıq, çünki yavaşlamanın gələcəkdə qalıcı təsiri də ola bilər. Belə yavaşlamanın güclü inkişafdan sonra meydana çıxmasını dəqiq öyrənmək lazımdır;


 - Hədəfimiz inflyasiya hədəflərinə çatmaqdır;


 - Nominal əmək haqlarının artmasına dair cəsarətləndirici siqnallar müşahidə edilir;

 

 - Avronun 1.22$ üzərində möhkəmlənməsi və volatilliyin azalmasına görə, məzənnələrdə güclü dalğalanmalar bu dəfə müzakirə edilməyib;


 - ABŞ dövlət istiqrazların gəlirliyində artım müzakirə edilmədi, lakin gözlənilirdi və geniş pul kütləsi siyasətinin təbii nəticəsidir;


 - Monetar siyasətimiz ətraflı müzakirə edilməyib. İlk öncə cari vəziyyəti düzgün anlamaq çox önəmlidir: Bu müvəqqəti vəziyyətdit, normal yavaşlamadır yoxsa dərin böhranın başlanğıcıdır?