Draqi: Dünya ticarətinə qarşı müqavimət artıb

12 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bank sədrinin dünya iqtisadiyyatında müqavomətin artmasına dair fikirləri diqqət mərkəzində.

Draqi: Dünya ticarətinə qarşı müqavimət artıb

Avropa mərkəzi bankının (AMB) sədri Mario Draqi Frankfurtda baş tutan orta, şərq və qərbi Avropa ölkələri konfransının açılış nitqində çıxışı zamanı dünya iqtisadiyyatının vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib. 


Orta və şərqi Avropa ölkələrinin institusional keyfiyyətlərinin Avrozonanın orta göstəricisinin altında olduğunu deyən Draqi, dünya ticarətinin son illər müqavimətlə rastlaşdığını da əlavə edib. 


Bununla yanaşı, iqtisadiyyatların məhsuldarlıqlarını artırmaq və kapital akkumulyasiyasının dərinləşdirilməsi üçün yeni yolların axtarılmasının da önəmli olduğu vurğulanıb.