Draqi inflyasiya mövzusunda nikbindir

24 Sentyabr 2018

Avropa Mərkəzi Bankının sədri Mario Draqinin inflyasiya gözləntilərinə dair müsbət açıqlamaları avronun 1%-ə kimi bahalaşmasına səbəb olub.

Draqi inflyasiya mövzusunda nikbindir

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqi "aşağı olan inflyasiya"-nın gələcəyinə dair nikbin fikirlər səsləndirib. 


Avropa Parlamentindən hesabatı zamanı AMB sədri açıqlamalarında əsas inflyasiyanın ümumi inflyasiyaya təsiri gələcək illərdə daha da artacağını bildirib. Bu istiqamətdə enerji və ərzaq məhsulları qiymətlərinin təsiri isə azala bilər. 


Mario Draqinin çıxışından sonra dünya birjalarında EUR/USD məzənnəsi 1.1814$-a kimi 0.8% bahalaşıb.