Draqi: İqtisadi inkişafı zəiflədən amillər azalır

10 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən AMB-nin açıqlamaları ümumilikdə müsbət qiymətləndirilib.

Draqi: İqtisadi inkişafı zəiflədən amillər azalır

Avrozonasında uçot faiz dərəcəsi sıfır səviyyəsində qalır. Bu haqda qərarını Avropa Mərkəzi Bankı (AMB) çərşənbə günü açıqlayıb. Maliyyə bazarlarında da eyni qərar gözlənilirdi. 


Bununla yanaşı, marjinal kreditləşmə imkanı faizi 0.25% və əmanətlər üzrə məhdudlaşdırılmış imkanı faiz dərəcəsi isə mənfi 0.40% səviyyəsində saxlanılıb. 


AMB açıqlamasında faizləri ilin sonuna kimi cari səviyyələrdə qalmasını planlaşdırır. 


Faiz qərarının açıqlamasından sonra baş tutan mətbuat konfransında isə bank sədri Mario Draqi aşağıdakıları deyib:


 - TLTRO 3 ilə bağlı məlumatlar gələcək aylarda açıqlanacaqdır. Bu haqda danışmaq tezdir; 

 - TLTRO 3 ilə bağlı detaylar iqtisadi vəziyyətə uyğun olaraq müəyyən ediləcəkdir və daha geniş təhlilə ehtiyac var; 

 - İqtisadi inkişafı zəiflədən amillər aradan qalxır; 

 - İqtisadi göstəricilər zəif açıqlanmaqdadır; 

 - Avrozona üzrə proqnozlara dair risklər aşağı istiqamətlidir; 

 - Mülayim geniş pul-kredit siyasəti iqtisadiyyata dəstəkdir;

 - İnflyasiya proqnozları iqtisadi aktivliklə zəifləyir;

 - AMB-nin əlində imkanlar çoxdur;

 - ABŞ rüsumları qlobal güvəni sarsıdır; 

 - Ticarətə dair risklər qlobal iqtisadi gəlirliyi aşağı çəkib;

 - Avrozonada bank gəlirliliyi Yaponiyaya oxşayır; 

 - AMB-nin tədbirlərinin cəmini araşdırmağın vaxtı deyil;

 - Böhran proqnozları özünü az doğruldub;

 - Mənfi faizlərin nəticələri araşdırılacaqdır və lazım olarsa yan təsirlərinin aradan qaldırılması üçün tədbirlər görülə bilər.