Draqi: İqtisadiyyata maliyyə dəstəyinə ehtiyac var

13 Dekabr 2018

Beynəlxalq valyuta birjalarında avronun qiymətləri Avropa Mərkəzi Bank sədri Mario Draqinin açıqlamalarından sonra 1.13$-a kimi 0.5% ucuzlaşıb.

Draqi: İqtisadiyyata maliyyə dəstəyinə ehtiyac var

Avropa Mərkəzi Bankı (AMB) istiqraz alışı proqramını (QE) dayandırıb. Bankın cümə axşamı verdiyi açıqlamasında bu ilin sonuna kimi dövlət və şirkət istiqrazlarının alışına vəsait sərf edəcəyini bildirib. 


Lakin antiböhran siyasətində sərt dönüşün olacağı gözlənilmir. Belə ki, AMB uçot faiz dərəcəsini sıfır səviyyəsində saxlayıb.  İlk faiz artımı isə 2019-ci ilin payız ayında planlaşdırılır. Maliyyə bazararında bankın əmanətlər üzrə faizləri artırmaqla başlayacağı proqnozlaşdırılır. Hal-hazırda bu faiz dərəcəsi mənfi 0.4%-dir. 


İstiqraz bazarlarında da ən böyük iştirakçı AMB olmaqda davam edəcəkdir. Vaxtı bitmiş kağızların dövriyyəsi yenidən istiqrazların alışına sərf ediləcəkdir. QE proqramının bugünə kimi (3.2015-12.2018) ümumi həcmi 2.6 trilyon avrodur. 


Faiz qərarından sonra Bakı vaxtı ilə saat 17:30-da AMB sədri Mario Draqi toplantı nəticələri ilə bağlı mətbuat konfransı keçirib:


 - Proteksionizm, inkişaf etməkdə və yüksək dalğalanma riskləri aktual olaraq qalır;


 - AMB maliyyə alətlərini uyğunlaşdırmağa hazırdır;


 - Beynəlxalq iqtisadiyyat Avrozonanın ixracını dəstəkləyir;


 - Risklər artır və risklərə dair ehtimallarımız yoxdur;


 - İnflyasiya gələcək aylarda daha da azalacaq;


 - 2019-ci il üzrə inflyasiya gözləntisi 1.7%-dən 1.6%-ə salınıb. 2020-ci il üzrə gözlənti 1.7%-də saxlanılıb;


 - Ticarət vəziyyəti iki ay öncəki ilə müqayisədə daha yaxşıdır;


- Bəzi inkişaf etməkdə olan bazarlarda mövcud risklər qismən azalıb;


 - Narahatlığa ehtiyac var. Böyük qeyri-müəyyənlik mövcuddur;


 - AMB-nin gələcəkdə yaşanıla bilən hər hansı çətin vəziyyət üçün alətləri vardır


 - QE proqramı bəzi ölkələr üçün inkişafın əsas amili olub;


 - İnflyasiya mövzusunda özümüzə inanırıq və bunu müzakirə etməyimizə ehtiyac olmayıb.