Draqi: İstiqraz alışı proqramı yenidən başladılmayacaq

29 Yanvar 2019

Avropa Mərkəzi Bankının sədri Mario Draqi bu il risklərin artmasına baxmayaraq, istiqraz alışı proqramının yenidən başladılacağına inanmır.

Draqi: İstiqraz alışı proqramı yenidən başladılmayacaq

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqi bu il istiqraz alışı proqramının yenidən başladılacağı ehtimallarının az olduğunu bildirib. "Əlbəttə ki, hadisələr arzu olunan istiqamətdə getməsə, imkanlarımızdan yenidən istifadə edə bilərik", deyə sədr bazar ertəsi Avropa Birliyi parlamentinin iqtisadiyyat və valyuta komitəsində çıxışı zamanı deyib. Lakin hal-hazırda belə çətin vəziyyətin yenidən bu il ərzində yaşanacağı ehtimalları yoxdur. 


Qeyd etmək lazımdır ki, Mario Draqi cümə axşamı faiz qərarının verilməsindən sonra verdiyi açıqlamalarında 2019-ci ildə iqtisadi aktivlik daha da azalarsa, ilk faiz artımına gedilə biləcəyi ehtimallarını az olduğunu vurğulamışdı. Bununla yanaşı, bu dəfə sədr Avrozona iqtisadiyyatında təhlükə və imkanların balanslaşmış olduğu fikirini ixtisar etmiş, risklərin artdığını əlavə etmişdi.


Uçot faiz dərəcəsinin sıfıra endirilməsi ilə yanaşı, istiqraz alışı proqramı (ing.: "QE") keçmiş illər ərzində iqtisadiyyata dəstək olmaq üçün AMB-nin ən önəmli alətlərindən olub.