Draqi: Monetar siyasəti dəyişmək dövlətlərdən asılıdır

11 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında AMB sədrinin açıqlamaları investorların uzun müddətli gözləntiləri üçün önəmli rol oynayacaqdır.

Draqi: Monetar siyasəti dəyişmək dövlətlərdən asılıdır

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqinin fikirlərinə əsasən, yumşaq monater siyasətin dayandırılması daha çox dövlətlərdən asılıdır. "Avrozonada aktiv fiskal siyasət bizim üçün monetar siyasətimizi uyğunlaşdırmağa imkan yaradacaqdır", deyə Draqi cümə günü Milanda çıxışı zamanı deyib. AMB siyasətinin yan təsirlərindən xəbərdar, lakin ABŞ kimi digər regionlarda maliyyə və iqtisadi böhranlardan sonra fiskal siyasət daha böyük rol oynayıb. Bu səbəbdən də o ölkələrdə qiymətlərdə tez bir zamanda stabillik bərpa edilib. 

Qeyd etmək lazımdır ki, Draqi yaxın günlərdə Avropa ölkələrini iqtisadiyyata dəstək olmaq üçün ümumi investisiyalara çağırmışdır. Avrozonanın maliyyə nazirlərindən isə belə bir addım planlaşdırılmır.