Draqi: Pul siyasəti dəstəyi əvəz edilməzdir

01 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında AMB-nin illik hesabatında sədr Draqinin açıqlamaları investorların diqqət mərkəzindədir.

Draqi: Pul siyasəti dəstəyi əvəz edilməzdir

Avropa mərkəzi bankının (AMB) Brüsseldə illik hesabat zamanı sədr Mario Draqi bazar ertəsi danışarkən 2018-ci ildə iqtisadi inkişaf dinamikasının davam etməsi ilə yanaşı, zəiflədiyini də əlavə edib. 


Geosiyasi amillər fonunda qeyri-müəyyənliyi, proteksionizm təhlükəsini və inkişaf etməkdə olan ölkələrdə zəifliyi xatırladan Draqi, önəmli monetar dəstəyin orta müddətli perspektivdə daxili bazarda qiymətlərin artması üçün əvəz edilməz olduğunu bir daha vurğulayıb. 


Bu istiqamətdə bank sədri bir daha səbrli və iradəli olmağın önəmliyini də bildirib.