Draqi: Qlobal risklər artıb

07 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının faiz artımına getməli olduğu məqamda ifadələri ilə kifayət etməsi investorların diqqət mərkəzində.

Draqi: Qlobal risklər artıb

Avropa mərkəzi bankı (AMB) qeyri-müəyyən iqtisadi vəziyyət səbəbilə faiz artımı qərarını gələn ilə kimi uzadıb. Belə ki, bankın idarə heyəti uçot faiz dərəcəsini 2020-ci ilin ortalarına kimi dəyişməz saxlamaq istəyir. Maliyyə bazarlarında isə qərar birmənalı qarşılanmayıb. Avro faiz qərarı fonunda 1.1309$-a kimi bahalaşmışdır. Qərardan öncə EUR/USD məzənnəsi 1.1229$-a ticarət edilirdi. 


Səhm bazarlarında isə investorlar mənfi reaksiya veriblər, çünki daha yumşaq və ya faiz azaldılması qərarı gözləyirdilər. Qərardan sonra birjalarda Almaniyanın "DAX" indeksi ucuzlaşmağa başlamışdır. 


Mart ayında AMB uçot faiz dərəcələrində dəyişiklik etməyəcəyini açıqlasa da bu qərar cümə axşamı gələn ilin ortalarına kimi uzadıldı. Bundan əvvəl isə qərar 2019-cu ilin yay ayları idi. Beləliklə, bank uçot faiz dərəcəsini 0.00%-də saxlamaqla, ifadələri ilə maliyyə bazarlarına istiqamət verməkdə davam edir və təsirləri də müşahidə edilməkdədir.


Əmanətlər üzrə məhdudlaşdırılmış faiz də mənfi 0.4%-də saxlanılmaqla dəyişiklik edilməyib. Qarşılığında isə AMB kommersiya banklarına yeni uzun müddətli kredit imkanları ilə dəstək olmaq istəyir. "TLTRO İİİ" adlı proqram ilə banklara təklif ediləcək gələcək iki il ərzində kreditlər iştirakçılara sərfəli imkanlar yaradır. Proqram çərçivəsində banklar müəyyən vəzifələrin öhdəsindən gəldikləri təqdirdə mükafatlarla təmin ediləcəklər. 


Bankın digər açıqlamasında siyasətinin inflyasiyadan asılı olduğu bir daha vurğulanıb. Cari göstəricilər isə bankın 2 faizlik hədəfindən çox uzaqdır. Aprel ayında 1.7%-ə yüksəlsə də may ayında yenidən 1.2%-ə düşüb. 


Faiz qərarı açıqlamasından sonra mətbuat konfransında danışan bank sədri Mario Draqi, iqtisadiyyatın yaxşı vəziyyətdə olmasına baxmayaraq faizlərin aşağı olmasını qlobal risklərlə əlaqələndirib. Avrozonada işsizlik minimum səviyyədədir, şirkətlərin gəlirliliyi artır və birjalarda qiymətlər bahalaşır. Lakin beynəlxalq ticarət böhranları və qlobal iqtisadi inkişafın zəifləməsi, Avrozona üzrə inkişaf proqnozlarını zəif olmasına səbəb olur. 


Draqinin fikirlərinə əsasən, qlobal iqtisadi vəziyyət sonuncu toplantıdan sonra yenidən zəifləyib. May ayında ABŞ ilə Çin arasında sazişin imzalanması və Breksit prosesinin həlli ehtimalları bu gün il müqayisədə yüksək idi. Bu gün bu ehtimallar sual altındadır. 


Draqi açıqlamasında vəziyyətin daha da pisləşəcəyi təqdirdə davranmaları üçün imkanlarının olduğunu bildirib. Belə ki, bank kommersiya banklarının əmanət faizlərini daha da mənfi istiqamətində artıra və istiqraz alışı proqramını yenidən bərpa edə bilər. 


Fövqəlada vəziyyətlərin müzakirə edildiyini deyən sədr, gələcək faiz addımının yalnız yuxarı olmalı olduğunu isə inkar edib. 


Qeyd etmək lazımdır ki, oktyabr ayında Mario Draqi 8 ildən sonra vəzifəsini tərk edəcəkdir.