Draqi: Xarici bazar zəifləsə də daxili bazar güclüdür

27 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən AMB sədrinin Avrozona iqtisadiyyatı ilə bağlı açıqlamaları olub.

Draqi: Xarici bazar zəifləsə də daxili bazar güclüdür

Frankfurta planlaşdırılan Avropa mərkəzi bankının (AMB) sədri Mario Draqinin çıxışında gözləntilərə dair risklərin aşağı istiqamətli olduğu və hədəfləri istiqamətində alətlərinin də tükənilmədiyi bildirilib. 


Avrozona iqtisadiyyatında daxili bazarın müqayisədə güclü olduğunu bildirən Mario Draqi, gözləntilərə təsir edə biləcək risklərin də aşağı istiqamətdə olduğunu əlavə edib. 


Bank sədri monetar siyasətin iqtisadiyyata inflyasiyanın hədəf istiqamətində inkişaf etməsinə müsbət təsir etdiyini vurğulayıb: "İnflyasiyanın hədəfə çatması geciksə də yolundan çıxmayıb".


Dünya bazarlarında isə tələbin daha çox azalması proqnozlaşdırılır, lakin investisiyalar fonunda proqnozlar müsbət olaraq qalır. Məzənnədə bahalaşmanın təsirləri də dəyişib. 


Bunlarla yanaşı, AMB mənfi faizlərin yan təsirlərinin zəiflədilməsi üçün tədbirlər də görə bilər. Buraya kommersiya banklarının gəlirliliyinin aşağı düşməsi aiddir. 


"TLTRO" proqraımının (uzun müddətli maliyyələşmə tədbiri) inkişaf etmiş iqtisadiyyatın xüsusiyyətlərini əks etdirdiyi də əlavə edilib.