Draqi: Yaxşı vəziyyətdən istifadə edtmək lazımdır

15 Dekabr 2017

Sədr cari iqtisadi vəziyyətdə bütün imkanlarından istifadə edərək, çətin dövrlərə hazırlıq məqsədilə kapital toplamaq üçün defisitləri azaltmağa çağırıb.

Draqi: Yaxşı vəziyyətdən istifadə edtmək lazımdır

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqi cümə axşamı baş tutan mətbuat konfransında verilən faiz qərarını müdafiə edib. Ümumilikdə isə sədr Avropa iqtisadiyyatından razıdır. 

Pul siyasəti və iqtisadi vəziyyət.

AMB-nin əsas vəzifəsinin Avropada qiymət dayanıqlığının təmin edilməsi olduğunu xatırladan Mario Draqi, iqtisadi inkişafın gücləndirilməsinin və işsizliyin azaldılmasının onların işləri olmadığını bildirib. Əmək bazarında inkişaf və əmək haqlarında artım sadəcə AMB-nin siyasətinə dəstəkdir. 

AMB Avrozonada inkişaf gözləntilərini artırıb. 

2017-ci il üzrə inkişaf gözləntiləri 2.2%-dən 2.4%-ə, 2018-ci il üzrə inkişaf gözləntiləri 1.8%-dən 2.3%-ə və 2019-ci il üzrə gözləntilər 1.7%-dən 1.9%-ə kimi artırılıb. 2020-ci ildə isə 1.7%-lik böyümə proqnozlaşdırılır.

İnflyasiya gözləntisi.

İnflyasiya ilə bağlı suaları cavablandırarkən, sədr burada artıq təhlükələrin olmadığını bildirsə də, gələcək ilə bağlı bir fikir deyə bilməyib. Belə ki, son dövrlər inflyasiyanın artması, yüksək neft və qida məhsulları qiymətləri hesabına baş verir, lakin bu istiqamətdə bank üzvlərinin inamı da artıb. Eyni zamanda, Mario Draqi inflyasiya hədəfinə iki ay əvvəl ilə müqayisədə daha çox yaxınlaşdıqlarını əlavə edib. Belə ki, 2018-ci il üzrə inflyasiya gözləntiləri 1.2%-dən 1.4%-ə kimi artırılıb. 2019-ci il üzrə gözləntilər 1.5%, 2020-ci il üzrə isə 1.7% səviyyəsində saxlanılıb. 

Səlahiyyət müddəti dövründə faiz artımı.

Faiz artımı və xüsusilə də "FED"  sədri Janet Yellen kimi səlahiyyət müddətinin bitməsinə doğru faiz artımı qərarı ilə bağlı suallara isə Mario Draqi belə cavab verib: "Əlbəttə ki, faiz artımı yaxşı xəbər olardı, çünki bu onu göstərir ki, düzgün yol seçilib".

Fiskal siyasət.

Bununla yanaşı, AMB sədri Avrozona dövlətlərini yaxşı cari iqtisadi vəziyyətdə fiskal siyasətin bütün imkanlarından istifadə edərək, çətin dövrlərə hazırlıq məqsədilə kapital toplamaq üçün defisitləri azaltmağa çağırıb.

İstiqraz alışı proqramı. 

İstiqraz alışı ilə bağlı suallara isə Mario Draqi proqramın bitməsi ilə bağlı gözləntiləri AMB-nin açıq saxlamaq istədiyini bildirib. Yəni bank 2018-ci ilin sentyabr ayından sonrakı vəziyyət ilə bağlı qərarda tələsmək istəmir - müddət daha da uzadıla bilər: "Avropa iqtisadiyyatı yaxşı yolda inkişaf etsə də, pul siyasətinin dəstəyinə də ehtiyacı var". 

"FED"-in faiz qərarının təsirləri.

Avropa ilə Amerika iqtisadiyyatları arasında böyük fərqlərin olduğunu müdafiə edən Draqi, Amerika Mərkəzi Bankının ("FED") faiz artımının Avropaya aid edilməsinin düzgün olmadığı bildirir: "Məsələn, ABŞ-da əmək bazarı daha çox inkişaf edir".

İqtisadi inkişafın gücü.

Avropanın əmək bazarında yaxşı vəziyyətin əmək haqlarına və inflyasiyaya müsbət təsir edəcəyi gözlənilir. AMB Avropa iqtisadiyyatında güclü inkişafın olduğunu görür və əlavə olaraq fundamental göstəricilərin də yaxşılaşmasını istəyir. Məhz bundan sonra AMB maliyyə dəstəyini dayandıra bilər.