Draqinin açıqlamalarından sonra Avro bahalaşdı

27 Mart 2019

Beynəlxalq valyuta birjalarında AMB sədrinin Avrozona iqtisadiyyatı ilə bağlı açıqlamalarından sonra EUR/USD məzənnəsi 1.1284$-a kimi bahalaşıb.

Draqinin açıqlamalarından sonra Avro bahalaşdı

EUR/USD məzənnəsi Avropa mərkəzi bank sədrinin açıqlamalarından sonra bahalaşmağa başlayıb. 


AMB sədri Mario Draqi Avrozona iqtisadiyyatında daxili bazarın güclü olduğunu və investisiyaların arta biləcəyini bildirib. Lakin bununla yanaşı, Avrozona iqtisadiyyatına təsir edə biləcək risklər də artmaqdadır. 


Təhlillərə əsasən, avronun qiyməti 1.1276$-ın üzərində möhkəmlənərsə, 1.1300 və 1.1331$-a kimi də bahalaşa bilər. 


Bu gün Bakı vaxtı ilə saat 16:30 və 19:00-da açıqlanacaq Amerikanın xarici əməliyyatlar balansı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.