Dünya birjalarını və birja indekslərini canlı izlə

SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%

Dünya birjalarını yaxından təqib edərək, birja indekslərini canlı olaraq InvestAZ Analiz səhifəsində izləyə bilərsiniz. Müasir dövrdə internetlə investisiya əməliyyatları reallaşdırmaqla dünyanın önəmli birjalarında alış-veriş edə bilərsiniz. Dünya Birjalar Federasiyasının (World Federation of Exchanges) və TSPAKB (Türkiye Sermaye Piyasası Aracı Kuruluşları Birliği) məlumatlarına görə, 2014-ci ildən etibarən dünya birjalarının bazar dəyəri təxminən 63 trilyon dollar olmaqla, 44 min şirkət əməliyyat həyata keçirməkdədir. Dünya birjaları arasında şirkət sayı baxımından birinci sırada Hindistanın Bombay Birjası yer alır. Toplam 5477 firmanın üzv olduğu Hindistan birjasını 3774 şirkətlə TMX Toronto Birjası və 3429 şirkət ilə Tokyo Birjası təqib etməkdədir. Ölkələrarası əhəmiyyətə sahib birja mərkəzləri isə New York Fond Birjası, London Fond Birjası, Tokio Fond Birjası, Frankfurt Qiymətli Kağız Birjası, Hong Kong Daşınan Qiymətlər Birjası,Toronto Fond Birjası, İsveçrə Birjası, Amsterdam / Paris / Lissabon / Brüssel Birjası (Euronext), Birja İstanbuldur (İMKB). Web saytımızdan təqib edə biləcəyiniz əsas indekslər: S&P500, NASDAQ100, DJ30, CAC40, DAX30 və FTSE100.