Dünya birjalarında sakitlik

17 May 2018

Dünya birjalarında aparıcı valyutaların dollara nisbətən qiymətləri cari həftənin əvvəli ucuzlaşmağa başlamışdılarsa, hal-hazırda 0.6%-lik bahalaşma var.

Dünya birjalarında sakitlik

Avroda eniş dalğasının sürətlənməsi ehtimalları. 

Dünya maliyyə bazarlarında EUR/USD məzənnəsi 1.1762$-a kimi ucuzlaşdıqdan sonra 1.1837$-a kimi bahalaşıb. Təhlillərə əsasən, avro yenidən 1.1762$-a kimi ucuzlaşarsa, 1.1709 və 1.1630$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


USD/TRY-də korreksiya: 4.34TL. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 4.50TL-ə kimi bahalaşdıqdan sonra 4.39TL-ə kimi ucuzlaşıb və 4.34TL-ə kimi də ucuzlaşa bilər.


Brent nefti 81$-a kimi dəyər qazana bilər. 

Enerji bazarlarında isə neft qiymətləri artım dalğasına davam etməkdədir. Yenidən 79$-ın üzərində təklif edilən Avropanın Brent markalı neftin bir barel qiyməti, bu səviyyəninin üzərində qaldıqca, 81$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.