Dünya birjalarında “Tufandan öncəki sakitlik”

04 İyul 2018

Avro və funt kimi aparıcı valyutaların dollara nisbətən məzənnələrinə qarşı siyasi və iqtisadi amillər fonunda təzyiqlər aktuallığını qorumaqdadır.

Dünya birjalarında “Tufandan öncəki sakitlik”

Dünya valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri cümə günü ABŞ-dan açıqlanacaq əmək bazarı ilə bağlı önəmli fundamental göstəricilər öncəsi dar dəhliz daxilində dalğalanmaqdadır. Bununla yanaşı, bu gün də Amerikada birjaların işləməməsi zəif dalğalanmanın davam edəcəyini deməyə əsas verir.


Belə ki, avronun qiyməti 1.16-1.17$, funt sterlinqin qiyməti 1.32-1.33$ aralığında ticarət edilir, Dollar/Lirə məzənnəsi isə 4.67TL-yə təklif edilir.


Ümumilikdə isə dünyada siyasi və iqtisadi risklərin artdığı və Amerika Mərkəzi Bankının sərt monetar siyasəti şəraitində aparıcı valyutaların dollara nisbətən məzənnələrinə qarşı təzyiqlər yüksək olaraq qalır.


Beləliklə, avro və funt sterlinq kimi aparıcı valyutaların dollara nisbətən məzənnələrinin əlavə olaraq 3%-ə kimi də dəyər itirə biləcəkləri proqnozları aktuallığını qorumaqdadır.