Dünya maliyyə bazarlarında son vəziyyət haqqında

25 İyul 2016

EUR, GBP, TRY, OIL, GOLD

Dünya maliyyə bazarlarında son vəziyyət haqqında

EUR


Avronun dünya birjalarında qiyməti proqnozlaşdırıldığı kimi ucuzlaşmaqda davam edir. InvestAZ analitiklərinin fikrincə, artıq 1.0955$-a kimi ucuzlaşan avronun qiyməti əlavə olaraq 1.0867 və 1.0766$-a kimi ucuzlaşa bilər. Eyni zamanda, bu həftənin cümə günü Avrozona iqtisadiyyatı ilə bağlı önəmli göstəricilərin yayımlanması gözlənilir.


GBP


Böyük Britaniya funt sterlinqi 1.35$-a kimi sürətlə bahalaşdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb. GBP/USD valyuta cütlüyünün texniki mənzərəsini təhlil edən analitiklər hal-hazırda 1.31$ ətrafında təklif edilən cütlük üzrə qiymətin bir müddət 1.28$ və 1.35$-ın aralığında ticarət ediləcəyini proqnozlaşdırırlar.


TRY


Türkiyədə siyasi hadisələr fonunda USD/TRY valyuta cütlüyünün sürətlə 3.09 TL-ə kimi bahalaşdığının (Türk lirəsinin ucuzlaşmasının) şahidi oluruq. InvestAZ analitikləri cütlük üzrə qiymətin sürətli bahalaşmasını nəzərə alaraq, qiymətin gələcək günlər ərzində yenidən ucuzlaşa biləcəyi gözləyirlər. Eniş trendi üzrə ilkin hədəflər isə 3.02 TL və 3.00 TL-dir.


OIL


Eneriji bazarlarında son günlər neft üzrə qiymətlərin ucuzlaşdığı müşahidə edilsə də, bu, müvəqqəti xarakter daşıyır. Əmtəə bazarları üzrə InvestAZ şirkətinin analitikləri Avropanın Brent markalı neftin bir barel qiymətinin yenidən 51$ və 53$-a kimi bahalaşa biləcəyini bildirirlər.


GOLD


Digər əmtəə bazarlarında isə qızılın bir unsiya qiyməti keçən həftə proqnozlaşdırılıdığı kimi ucuzlaşmaqda davam edir və gələcək günlər ərzində əlavə olaraq, qiymətin 1305$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Hətta qiymətlərin 1235$-a kimi də ucuzlaşa biləcəyi gözlənilir.