Dünya ticarət şərtlərinin sərtləşməsi və siyasi risklər

30 May 2018

Dünya valyuta birjalarında mənfi təsirlənən valyutaların "güvənli liman" rolunda olan valyutalara nisbətən qiymətləri sürətlə ucuzlaşmaqda davam edir.

Dünya ticarət şərtlərinin sərtləşməsi və siyasi risklər

Dünyada ticarət münasibətlərinin sərtləşməsi və müxtəlif ölkələrdə, xüsusilə də Avropa və İngiltərədə siyasi risklərin artması, dünya valyuta birjalarında təsirlənən valyutaların ucuzlaşmalarına, “güvənli liman” maliyyə alətlərinə isə tələbin artmasına səbəb olur.


Avroda 1.1450$-a doğru eniş dalğası. 

Belə ki, EUR/USD məzənnəsi sürətli eniş dalğasına davam edərək, son 10 ayın minimum səviyyəsində ticarət edilməkdədir. Məzənnənin 1.1450$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Funtda ucuzlaşma üzrə növbəti hədəf: 1.30$. 

GBP/USD məzənnəsi isə son 6 ayın minimum səviyyəsində təklif edilir və 1.32$-ın da aşağı istiqamətdə qırılması ilə 1.30$-a kimi də 1.5% ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


ABŞ: İqtisadi inkişaf göstəricisi və hesabatı açıqlanacaq. 

Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın birinci rüb üzrə iqtisadi inkişaf və saat 22:00-da yayımlanacaq Amerika Mərkəzi Bankının (FED) iqtisadi hesabatı da investorların diqqət mərkəzindədir.