Avstraliya dolları 0.7020$-a kimi ucuzlaşa bilər

07 Fevral 2019

Dünya valyuta birjalarında Avstraliya dolları "RBA"-nın açıqlamalarından sonra ucuzlaşaraq, minimum səviyyələrini yeniləməkdə davam edir.

Avstraliya dolları 0.7020$-a kimi ucuzlaşa bilər

AUD/USD enişə davam edərək 0.7150 səviyyəsindən aşağıdakı minimumları yoxlayıb. Cütlüyün Avstraliya Mərkəzi Bank (ing:”RBA”) tərəfindən edilən açıqlamaya verdiyi əks reaksiyadan sonraki hərəkətlilik treyderlərin diqqətini cəlb edib. AUD/USD cütlüyünün bu qədər ucuzlaşmasına səbəb "RBA"-nın rəhbəri Lounun uçot faiz dərəcəsinin aşağı salınacağı barədə etdiyi şərhləri təsir göstərir. 


Trend istiqamətini dəyişməyəcəyi halda, cütlüyün qiyməti 0.7075 və 0.7020 hədlərini yoxlaması gözlənilir.