Dünya və Avrozonada inkişaf proqnozları aşağı salındı

06 Mart 2019

Dünya bazarlarında iqtisadi dinamikanın zəifləyəcəyi proqnozlaşdırılır. Ticarət böhranları, Breksit və siyasi risklər əsas səbəblər kimi göstərilir.

Dünya və Avrozonada inkişaf proqnozları aşağı salındı

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının (ing.: "OECD") təhlillərinə əsasən, Avrozonada iqtisadi inkişaf zəifləyib. Belə k, təşkilat cari il üzrə proqnozlarını 1.0%-ə kimi azaldıb. Noyabr ayında açıqlanan proqnozlar 1.8% idi. 


"OECD" əsas səbəbləri dünya iqtisadiyyatının zəifləməsindən görür. 


Bununla yanaşı, Avrozonada olduğu qədər olmasa da qlobal iqtisadiyyat üzrə proqnozlar da aşağı salınıb - 3.3%-ə kimi 0.2%. Bu isə siyasi qeyri-müəyyənlik, ticarət böhranları və qarşıda duran Breksit ilə əlaqələndirilir. 


Ticarətin məhdudlaşdırılması inkişafı, investisiyaları, həyat standartlarını, xüsusilə də aşağı gəlirli ev təsərrüfatlarını zəiflədir. Breksit Avropada xərcləri artıracaqdır. Daha çox isə İngiltərənin təsirlənməsi gözlənilir. Bu, Avropadan kənar, İngiltərə ilə ticarət əlaqələri olan ölkələrə də mənfi təsir edəcəkdir. 


Proqnozlar daha çox Almaniya (0.7%-ə kimi 0.9%) və İtaliya (mənfi 0.2%-ə kimi 1.1%) üçün aşağı salınıb. 


Türkiyə üçün isə 1.8%-lik azalma ehtimal edilir. Lakin 2020-ci ildə 3.2%-lik artım proqnlaşdırılır. 


Lakin hesabtda dünya iqtisadiyyatında inkişafı stimullaşdıran amillərə də toxunulub. Əmək bazarında stabilləşmə və gəlirlərin artması bura aid edilir. Aparıcı mərkəzi bankların siyasətlərində normallaşmanın dayanması da maliyyə bazarlarında şərtləri əlverişli edib.