"ECB" dünyada yeni ticarət münasibətləri fonunda narahatdır

12 Aprel 2018

Dünya iqtisadiyyatında inkişaf tendensiyalarına mənfi təsir edən amillər siyahısına, idxal rüsumlarının artırılması qərarları da əlavə edilib.

"ECB" dünyada yeni ticarət münasibətləri fonunda narahatdır

Avropa Mərkəzi Bankı (ing.: "ECB") dünyada ticarət münasibətləri fonunda narahat olduğunu bildirib. Belə ki, "ECB"-nin cümə axşamı yayımlandığı toplantı protokolunda, monetar siyasəti müəyyən edən komissiya üzvləri arasında narahatlıqların olduğu göstərilib. Buna oxşar mövqe sonuncu dəfə açıqlanan FED protokolunda da qeyd edilib. 


Ticarət münasibətlərində müşahidə edilən yeni siyasətin dəqiq təsirləri isə "ECB"-nin fikirlərinə əsasən, idxal rüsumlarının həcmindən və qarşı dövlətlərin cavab reaksiyalarından asılıdır. Bununla yanaşı, cari tendensiya istehlak və şirkətlərin inamına da mənfi təsir edə bilər. Dünya iqtisadiyyatı üçün inkişaf risklərinin mövcudluğu da bir daha vurğulanıb, xüsusilə də İngiltərənin Avropa Birliyindən çıxması mənfi təsirlərlə səbəb ola bilər. 


Protokolda inflyasiyanın da hədəfə çatmadığı bir daha deyilir. "ECB" mart ayının əvvəlində baş tutan toplantıda, istiqraz alışı proqramı müddətinin uzadılması imkanlarını ləğv etmişdir. Bu isə maliyyə bazarlarında yumşaq monetar siyasətin normallaşdırılması istiqamətində ilkin addım kimi qiymətləndirilib. Gözləntilərə əsasən, bank ilin sonuna doğru proqramı dayandıra və gələn ildən etibarən faiz dərəcələrini yüksəltməyə başlaya bilər. 


"ECB" protokolunun yayımlanmasından sonra dünya birjalarında EUR/USD məzənnəsi 1.2312$-a kimi ucuzlaşıb.