"EIA" neft tələbi proqnozunu azaldıb

13 Mart 2019

Beynəlxalq enerji birjalarında Amerikanın enerji informasiya adminstrasiyasından neft qiymətlərinin ucuzlaşmasına təsir edə biləcək xəbər yayımlanıb.

"EIA" neft tələbi proqnozunu azaldıb

ABŞ-ın enerji informasiya adminstrasiyası (ing.: "EIA") çərşənbə axşamı verdiyi açıqlamasında, 2020-ci ildə qlobal günlük neft tələbində artım proqnozunu 20 000 barel azaldaraq, 1.46 milyon barelə salıb. 


2019-cu il üzrə proqnoz da 1.45 milyon barelə kimi 40 000 barel azaldılıb.