Enerji bazarlarında canlanma

25 Sentyabr 2019

Rusiya tərəfindən "OPEC+" dair açıqlamalar və ABŞ-dan neft ehtiyatı göstəriciləri neft qiymətlərində yenidən bahalaşmaya səbəb ola bilər.

Enerji bazarlarında canlanma

Beynəlxalq enerji bazarlarına diqqət yetirsək, Brent markalı neftin dünən təqribən 3,5% ucuzlaşdığını müşahidə edilir. Səbəb olaraq Səudiyyə Ərəbistanında dron hücumuna məruz qalan neft obyektlərinin 75%-nin bərpa etməsi, önümüzdəki həftə isə tamamilə bərpa işlərinin bitəcəyi ilə bağlı bəyanatları olub. ABŞ və ÇİN arasında olan iqtisadi əlaqələrdə mənfi tendensiya ehtimalı da neft qiymətlərinə yük olub. 

Lakin digər tərəfdən həftənin əvvəli Rusiya energetika naziri Novakın "OPEC+" ölkələrinin qərarına uyğun hərəkət edəcəkləri ilə bağlı açıqlamaları da neft qiymətlərinə dəstək ola bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:30-da ABŞ-dan xam neft ehtiyatları ilə bağlı dərc olunacaq məlumatlar da neft qiymətlərində aktivliyə təkan verə bilər. Ehtiyatların 249 min barrel azalması proqnozlaşdırılır.

ABŞ-da davam edən 74-cü BMT toplantısında dünya liderlərinin səsləndirəcəyi fikirlər də diqqət mərkəzində saxlanılmalıdır. Xüsusi ilə yaxın şərqə dair səsləndirilə biləcək fikirlər, neft bazarı iştirakçıları üçün vacib əhəmiyyət daşıyır. Hazırda 1 barrel brend markalı neft 62,17 olaraq təklif edilir.