Eter Corc: ABŞ-da faiz endiriminə ehtiyac yoxdur

07 Oktyabr 2019

Kanzas FED rəhbəri ABŞ iqtisadiyyatında yavaşlamanın olmayacağı təqdirdə faiz endiriminə ehtiyacın olmadığını səsləndirib.

Eter Corc: ABŞ-da faiz endiriminə ehtiyac yoxdur

FED-in Kanzas nümayəndəliyinin rəhbəri Eter Corc son 2 toplantıda ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu və faiz endiriminə gərək görmədiyini ifadə edib. Bazar günü Denverdəki toplantıda xanım Corc iqtisadi böyümədə sərt bir geri çəkilmə olarsa, faiz endirimini dəstəkləməyə hazır olduğunu bildirib. 

ABŞ-da hazırda iqtisadi böyümənin davam etdiyini, rekord səviyyədə aşağı işsizlik faizini və normaya yaxın inflasiya həddi ilə dolların faiz dərəcəsinin stabil saxlanılmasının tərəfdarı olduğunu ifadə edib. 


Eyni zamanda, FED rəhbəri Jerom Povel də son çıxışında ABŞ-da son iqtisadi göstəricilərin ürəkaçan olduğunu, ancaq bəzi qlobal risklərlə qarşı-qarşıya qaldıqlarını bildirib. Sədr car il ərzində faiz azaldılmasının olub olmayacağı mövzusunda isə heç bir siqnal verməyib.


Bu gün Bakı vaxtı ilə saat 21:00-da FED rəhbərinin yenidən mətbuat konfrasında çıxışı gözlənilir. İnvestorlarımıza konfransı diqqətlə izləyib alacaqları qərarlarda diqqətli olmaqlarını tövsiyə edirik.