Etereuma olan tələb yüksək olaraq qalır

29 Aprel 2020

Beynəlxalq kriptovalyuta bazarında Etereum son iki ay ərzində 197$ dəyər itirməsinə baxmayaraq, yenidən bahalaşmağa başlayıb.

Etereuma olan tələb yüksək olaraq qalır

Mart ayında Etereumun kursu 100$-a kimi ucuzlaşmasına baxmayaraq, sonuncu göstəricilərin altkoinə olan tələbin yüksək olduğunu göstərir. Kriptovalyuta bazarında tanınmış aktivlərin idarə olunması şirkəti "Grayscale" 2020-ci il ərzində mayninq olunmuş Etereumların 48.4%-ini almışdır. Şirkət tərəfindən açıqlanan göstəricilərə əsasən, 2019-ci ilin dekabr ayının 31-də şirkət tərəfindən dövriyyəyə buraxılan Etereum 5 230 200-ə çatırdısa, bu, cari ilin aprel ayının 24-də 13 255 400 Etereuma çatıb.

Qeyd etmək lazımdır ki, Etereum fevral ayının ortalarından etibarən 287$-dan mart ayının ortalarına kimi 90$-a kimi 197$ ucuzlaşmıdır. Lakin bundan sonra yenidən qiyməti bahalaşan altkoinin qiyməti hazırda 206$-ın üzərində təklif edilir.