EU: İqtisadiyyat 2017-ci ilin 3-cü rübü səviyyəsində

15 May 2018

İqtisadi inkişaf dinamikası 2017-ci ilin 4-cü rübün altına düşərək, 3-c rüb səviyyəsinə çatıb. Avro da 3-cü rüb səviyyələri ətrafında ticarət edilir.

EU: İqtisadiyyat 2017-ci ilin 3-cü rübü səviyyəsində

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") çərşənbə axşamı yayımladığı statistik məlumatlarda, Avrozonada ÜDM-in 2018-ci ilin birinci rübündə rüblük müqayisədə 0.4%, illik müqayisədə isə 2.5% artdığı göstərilib. Analitiklər də rüblük və illik müqayisədə müvafiq olaraq 0.4% və 2.5%-lik artım proqnozlaşdırırdılar. 2017-ci ilin üçüncü rübündə də ÜDM-in illik artım dinamikası 2.5% olmuşdur. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür.


EUR/USD məzənnəsi aprel ayından etibarən 2017-ci ilin maksimum səviyyəsi sayılan - 1.18$-a kimi 4.8% ucuzlaşmışdır. Bu, 2017-ci ilin ikinci rübü üzrə ÜDM göstəricilərinin (illik 2.3) açıqlanması dövrünə təsadüf edir. Fevral ayında 2017-ci ilin dördüncü rüb üzrə ÜDM göstəricilərinin (illik 2.7) yayımlanması ərəfəsində isə avro 1.25$-a kimi bahalaşmışdır. Məhz bu səbəbdən bu gün avro, dolların da cari tendensiyanın təsiri altında olmaqla bərabər, sözügedən iki qiymət aralığında dalğalanmaqdadır. 


Qeyd etmək lazımdır ki, Amerika iqtisadiyyatı 2017-ci ilin ikinci rübündə rüblük müqayisədə 3.1% böyüyürdüsə, dördüncü rübdə 2.9%-lik dinamika qeydə alınmışdır. Cari ilin birincü rübündə isə bu dinamika 2.3%-ə kimi azalmışdır. Bu, avro/dollar məzənnəsinin təhlili üçün önəmli hesab edilir.