11.06.2019 EUR 1.12$ və GBP 1.26$-a kimi ucuzlaşa bilər

11.06.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

11.06.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Foreks: Dollar 0.4% bahalaşa bilər. 

Qlobal ticarət böhranının həllinə dair müsbət açıqlamalar, Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına təsir edə biləcəyi proqnozlaşdırılır.

Foreks bazarlarıda dolların qiymətləri may ayının minimum səviyyələrində ticarət olunur və cari səviyyələrdən dəstək görərək, 0.4% bahalaşa bilər.

EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.12 və 1.26$-a kimi ucuzlaşa bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin əmək bazarı və saat 16:30-da Amerikanın istehsal qiymətləri indeksi ilə bağlı önəmli fundamental məlumatlar da açıqlanacaqdır.