EUR: 1.14$-ın qırılması, 1.15$-ı aktuallaşdıracaq

01 Mart 2019

Beynəlxalq valyuta birjalarında avronun bahalaşması qiymətin 1.14$-ın üzərində möhkəmlənməsi ilə 1.15$-a kimi sürətlənə bilər.

EUR: 1.14$-ın qırılması, 1.15$-ı aktuallaşdıracaq

Foreks bazarlarında avronun qiyməti Avropa sessiyasında 1.1353$-da dəstək görərək, bahalaşmağa başlayıb. 


Gün ərzində Avrozona iqtisadiyyatına dair açıqlanan fundamental məlumatlar və dolların ucuzlaşması proqnozlarını gücləndirən fundamental amillər, EUR/USD məzənnəsinə dəstək verən əsaslardır. Bununla yanaşı, Avropa Birliyi ilə İngiltərə höküməti arasında Breksit danışıqlarında müsbət irəliləyişlərin əldə edilməsi də avronun qiymətinə dəstək verən əsas fundamental amillər arasındadır. 


Təhlillərə əsasən, EUR/USD məzənnəsində müşahidə edilən cari bahalaşma, 1.1400$-ın yuxarı istiqamətdə qırılması ilə nəticələnərsə, bahalaşma proqnozları daha da güclənəcəkdir. 


Artım istiqamətində önəmli hədəflər 1.1419, 1.1436 və 1.1450$-dır.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın istehsal sektorunda biznes aktivliyinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.