Avro və qızıl yenidən təzyiq altında

18 Aprel 2018

Dünyanın ikinci ən böyük Avropa iqtisadiyyatında fundamental göstəricilərin zəifləməsi, investorları alışları fonunda ehtiyatlanmalarına səbəb olur.

Avro və qızıl yenidən təzyiq altında

EUR: 1.24$-ın üzərində möhkəmlənə bilmir. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.24$-ın yuxarı istiqamətdə qırsa da, üzərində möhkəmlənə bilməyib, 0.6% ucuzlaşıb. Hal-hazırda 1.24$-ın altında ticarət edilən qiymət, bu səviyyənin altında qaldıqca, 1.22$-a kimi ucuzlaşa bilər.

Avropa iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin zəif açıqlanması, avroya təzyiq olan əsas amillərdir. Bu gün Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq Avrozonadan inflyasiya səviyyəsi də investorların diqqət mərkəzindədir.


Qızılın qiyməti yenidən 1333$-a kimi ucuzlaşa bilər. 

Əlvan metallar bazarlarında qızılın qiyməti də təzyiq altındadır. Belə ki, 1344$-a ticarət edilənən bir unsiya üzrə qiymət 1350$-ın altında qaldıqca, 1333$-a kimi də ucuzlaşa bilər.