EUR: Amerika sessiyası müqavimətinin qırılması

06 Fevral 2019

Beynəlxalq valyuta birjalarında son günlər dolların qiymətlərində müşahidə edilən bahalaşma dinamikasının zəifləməsi, avronu da bahalaşdıra bilər.

EUR: Amerika sessiyası müqavimətinin qırılması

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsinin 1.1380$ səviyyəsində dəstəkləndiyinin və beləliklə bahalaşdığı  müşahidə edilir. Gün ərzində həm dünya birjalarında dolların bahalaşması, həm də Almaniyadan açıqlanan mənfi fundamental məlumatlar fonunda təzyiq altında olan avronun qiyməti, Avropa sessiyasında yenidən bahalaşmağa başlayıb. 


Maliyyə bazarlarında analitiklər EUR/USD məzənnəsinin keçən həftə başlatdığı eniş dalğasının bitirərək, növbəti güclü artım dalğasına başlayacağını proqnozları üçün Amerika sessiyasının müqavimət səviyyəsinin qırılmasını gözləyirlər. Bu, artım dalğasının daha da güclənə biləcəyi ehtimalları fonunda nikbinliyi artıra bilər. Çərşənbə axşamı Amerika sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətləri son günlər başlatdığı artım dalğasını daha da gücləndirmişdi.


Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1411/6$ səviyyələrini qıraraq, üzərində möhkəmlənərsə, bahalaşma 1.1431 və 1.1462$-a kimi də güclənə bilər. Əks təqdirdə, qiymət günün dəstək səviyyəsini - 1.1380$-ı yenidən aşağı istiqamətdə qırarsa, 1.1340$-a kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:30-da müvafiq olaraq açıqlanacaq, Amerikanın xarici ticarət dövriyyəsi və neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. 


Qeyd etmək lazımdır ki, son günlər dolların qiymətlərində müşahidə edilən bahalaşma, keçən həftə Amerikanın əmək bazarı və sənaye sektoru ilə bağlı fundamental göstəricilərin müsbət açıqlanmasının təsiri ilə davam edir. Lakin cari həftə ərzində Amerika iqtisadiyyatına dair kifayət qədər önəmli fundamental məlumatların da mənfi açıqlanmasının şahidi oluruq. Bu, dollara olan təzyiqləri yenidən artıra bilər. Belə ki, ABŞ-da istehsal sifarişləri və xidmət sektorunda işgüzar aktivlik azalıb.